Dünya

Ukraynaya kaset bombaların göndərilməsinə qarşı çıxdı

ABŞ-da demokratlar Ukraynaya kasetlərin verilməsinə qarşı çıxıb.

Jamaz.info xəbər verir ki, Demokratlar Partiyasının nümayəndəsi Betti MakKollum ABŞ hakimiyyətinin kaset bombalarının Ukraynaya ötürülməsi qərarına reaksiya verib.

O, bu qərarı prezident Co Bayden administrasiyasının “lazımsız və dəhşətli səhvi” adlandırıb.

“Konqres birmənalı şəkildə partlamamış hərbi sursatların bir faizdən çox ehtimalı olan hər hansı kaset sursatının ötürülməsini qadağan edib. Ukraynadakı döyüş meydanında ABŞ-ın köhnəlmiş kaset sursatlarına icazə verilməsi bizim mənəvi nüfuzumuzu sarsıdır və Amerikanı kaset bombaları haqqında Konvensiyaya qoşulmuş 23 NATO müttəfiqimizlə qarşı-qarşıya qoyur”, – MakKollum deyib.

Konqres üzvünün fikrincə, bu silah növü yalnız əzab gətirir. Buna görə də o, Vaşinqtonun Kiyevə kasset bombalarının ötürülməsinə qəti şəkildə qarşı çıxıb və ABŞ-da bu silahların qalan ehtiyatlarının ləğv edilməsinə çağırıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button