Dünya
Ukraynalı səfir İran XİN-ə çağırıldı
Ukraynanın İrandakı müvəqqəti işlər vəkili Yevgeni Kravçenko İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Jamaz.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Diplomatın Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın Kiyevin bu yaxınlarda İsfahanda hərbi müəssisəyə edilən PUA hücumunda iştirakının olması ehtimalı bəyanatı ilə əlaqədar çağırıldığı deyilir.