
Dünya
Ukraynadakı müharibə ilin sonunda başa çatacaq – Kadırov
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibənin ilin sonuna kimi başa çatacağını bildirib.
Jamaz.info xəbər verir ki, Ramzan Kadırovun sözlərinə görə, Qərb liderləri səhv etdiklərini anlayacaq və diz çökəcəklər.
Xatırladaq ki, Rusiya Ukraynada təcavüzkar müharibəyə 2022-ci il fevralın 24-də başlayıb.
Münaqişədən təxminən bir il ötür və tərəflər danışıqlar olmadan hərbi əməliyyatları davam etdirirlər.