Dünya

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya agentini saxladı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Nikolayevdə qurumun binalarına zərbə hazırlayan agenti saxlayıb.

Jamaz.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə UTX məlumat yayıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, o, obyektlərin dəqiq koordinatlarını toplayır, Rusiyaya ötürürmüş. Şəxs cənub bölgəsinin cəbhəyanı ərazilərində Müdafiə Qüvvələrinin digər bölmələrinin yerləşdiyi yerlər və hərəkətləri barədə də məlumat toplayıb.

“Bundan əlavə, o, Rusiya xüsusi xidmət orqanlarından hər bir tapşırığın yerinə yetirilməsinə görə mükafat veriləcəyi vədini alaraq, mülki infrastruktur obyektlərinin koordinatlarını da ötürüb”, – məlumatda deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button