
Dünya
Ukrayna ordusu Luqanski yaxınlığına hərbi texnika cəmləyir
Ukrayna ordusu Luqanski yaxınlığında yerləşən 4 yaşayış məntəqəsinə hərbi texnika yığmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bundan başqa, Kiyev bölgədə pilotsuz uçuş aparatlarının da sayını artırıb.
Son məlumatlara görə, Ukraynanın 57-ci briqadası Luqansk yaxınlığına 1 ədəd ““Strela-10” zenit-raket kompleksi və 4 ədəd T-72 tankı yerləşdirib. Həmçinin Novoaxtırka qəsəbəsinə də üç T-72 tankı gətirilib.
Məlumatlarda qeyd edilir ki, Severodonetsk qəsəbəsi və Şçastiya şəhərinin yaxınlığında da hərbi aktivlik müşahidə olunur. Əsasən dəmiryolu vağzalına yaxın ərazidə 15 özüyeriyən “2S1 Qvozdika” haubitsası quraşdırılıb. Rubejnya şəhərinə isə əlavə 3 haubitsa gətirilib.