Dünya

Ukrayna 11 İran PUA-sını məhv etdi

Bu gecə Ukraynaya atılan 14 “Şahed”dən 11-i səmada məhv edilib.

Jamaz.info “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Fevralın 26-dan 27-nə keçən gecə düşmən şimaldan İran istehsalı olan “Şahed” tipli zərbə dronları ilə Ukraynaya hücum edib. Ümumilikdə 14-ə qədər kamikadze PUA buraxılıb, onlardan 11-i hava hücumundan müdafiə vasitələri ilə məhv edilib”, – deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button