Dünya

Türkiyədən sonra bu ölkəni də fəlakət gözləyir? – Rəsmi

Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi ölkədə böyük maqnitudaya malik zəlzələ ehtimalına münasibət bildirib.

Jamaz.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, qurum Türkiyədə baş verən hadisələrdən sonra Gürcüstanı zəlzələ gözlədiyi barədə məlumatı təkzib edib.

“Gürcüstan seysmik cəhətdən aktiv ölkədir. Bizdə hər gün onlarla zəlzələ olur, ona görə də ictimaiyyətə bir daha izah edək ki, qısamüddətli periodda böyük zəlzələ proqnozu yoxdur. Xahiş edirik ki, belə informasiyalara inanmayın, zəlzələlərlə bağlı qorxu və çaxnaşmalara səbəb olan yalan məlumat yaymayın”, – deyə açıqlamada vurğulanıb.

Bundan əvvəl gürcü seysmoloq Teya Qodoladze də gözlənilən zəlzələ ilə bağlı şayiələri təkzib etmişdi.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button