Dünya

Türkiyədən İsveçə mesaj: “Boş xəyaldır”

Türkiyə İsveçin NATO-ya üzv olmasını boş xəyal adlandırıb.

Jamaz.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində İsveçin NATO-ya daxil olması ehtimalına münasibət bildirib.

O, Stokholmun Ankaranın tələblərini yerinə yetirməkdən imtina etdiyini vurğulayıb. Siyasətçi Türkiyə, İsveç və Finlandiya arasında üçlü razılaşmanın olduğunu da xatırladıb.

“Bağışlayın, Türkiyə sözlərinin üstündə duran bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir, amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək, sadəcə xəyaldır”, – deyə parlamentari bildirib.

Kurtulmuş əlavə edib ki, “terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən” İsveçin NATO-ya qəbul prosesi fonunda Türkiyə sıx təzyiq altındadır.

“Türkiyə isə tələbləri həyata keçirilməyənə qədər bu məsələdə bir addım geri atmayacaq”, – deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi də İsveçin NATO-ya üzv olmaq şansını aşağı qiymətləndirmişdi. Güman edilir ki, Ankara xarici təzyiqlərə baxmayaraq, Stokholmun siyasətinə görə öz prinsipial mövqeyinə sadiq qalacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button