
Dünya
Türkiyədə idman yarışları dayandırılır? -Rəsmi
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bütün ölkədaxili idman yarışları təxirə salınıb.
Jamaz.info xəbər verir ki, bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu məlumat verib. O bildirib ki, idman tədbirləri nazirliyin növbəti qərarınadək keçirilməyəcək.
Qeyd edək ki, bu qərar futbol üzrə Türkiyə Super Liqasının oyunlarına da şamil edilir.