Türkiyə-Suriya görüşü Rusiyada, yoxsa BƏƏ-də olacaq?
Türkiyə, Suriya və Rusiya XİN başçılarının yanvar ayının ikinci yarısına planlaşdırılan üçtərəfli görüşünün keçiriləcəyi məkanla bağlı yeni məlumatlar var.
Jamaz.info xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri qaynaqlarına istinadən xəbər yayıb.
Bildirilib ki, hazırda görüş üçün hazırlıq işləri görülür. Böyük ehtimalla xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Midhad Faysal və Sergey Lavrovun iştirakı ilə keçiriləcək görüş Rusiya paytaxtı Moskva şəhərində baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl görüşün BƏƏ-də keçiriləcəyi barədə məlumatlar yayılmışdı.
Bundan əvvəl isə üç ölkənin müdafiə nazirləri və kəşfiyyat orqanları rəhbərlərinin Moskvada görüşü olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçıları səviyyəsində də görüşün olacağı barədə anons vermişdi.(modern)