Dünya
Türkiyə ilə Ermənistan arasında hava daşımaları başlayıb
Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.
Jamaz.info “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən iki ölkə arasında hava yolu ilə daşınmalara başlanılıb. Daşınmalar ticarət məqsədlidir.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən, Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.