Dünya

Suriyanın şimalında gərginlik pik həddə: Gözlər Bayden-Ərdoğan görüşündə

Türkiyə Ordusu və Azad Suriya Ordusu Suriyanın şimalında DSG/YPG terror təşkilatına qarşı yeni əməliyyatlara başlamaq üçün hazırlıqlara başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Türkiyə tərəfi bölgəyə əlavə qüvvələr və hərbi texnika cəlb edib.

Bu əsnada Əsəd ordusu da hazırlıqlara başlayaraq, Rusiyanın bölgədəki hərbçiləri ilə birlikdə ölkənin şimal istiqamətində hərbi kontingent toplamağa başlayıb. Bəzi məlumatlara görə, Rusiya tərəfi Türkiyə ilə sərhəddə yerləşən Qamışlı ərazisinə özünün SU-35 hərbi təyyarələrindən bir neçəsini göndərib.

JAMAZ.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya tərəfi yeni bir iddia ilə çıxış edib. Həmin iddiaya görə, Türkiyə Ordusu Suriyada hərbi əmliyyatlara Ərdoğan-Bayden görüşündən sonra start verəcək. Həmin plana əsasən Türkiyə Ordusu Suriyada terrorçulara qarşı iki istiqamətdən hücuma keçəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button