
Dünya
Şimali və Cənubi Koreyalar arasında gərginlik: 200 qırıcı birdən havaya qaldırıldı
Bu gün səhər saatlarında yeni ballistik raketlərini sınaqdan keçirən Şimali Koreya ilə Cənubi Koreya arasında vəziyyət gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb raketlərin sınaqdan keçirilməsindən sonra Şimali Koreyanın havaya 200 ədəd qırıcı təyyarəni qaldırmasıdır.
Həmin məlumatda deyilir ki, Cənubi Koreya sərhədlərindən azca içəri daxil olan şimal təyyarələri radarlarda qeydə alınıb. Bunun ardından Seul dərhal özünün yüksəksürətli və radarlara düşməyə yeni nəsil təyyarələrini havaya qaldırıb.