Dünya

Sarkisyanın keçmiş mühafizə xidmətinin rəisi həbs edildi

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisi Vaçaqan Kazaryan həbs edilib.
Jamaz.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a vəkil Mher Akopyan məlumat verib.
Vəkil bildirib ki, işin təfərrüatlarını açıqlaya bilməz.
Qeyd edək ki, Vaçaqan Kazaryan 2018-ci il iyunun 25-də pulla dolu çanta ilə bankdan çıxarkən saxlanılıb. Üzərindən 123 min dollar və 436 milyon dram (904 min dollar) tapılıb. Onun həyat yoldaşının evinə baxış zamanı 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro aşkar edilib. Ona məxsus “Yans Club”da isə 1,5 milyon dollardan çox nağd pul tapılıb. O, həbs edilib və daha sonra zaminə buraxılıb. İstintaq dövründə Kazaryan, büdcəyə 5,8 milyon dollar qaytarıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button