
Sərhəddimizdə daha bir erməni əsgəri öldü
Ermənistan ordusunun Azərbaycanla sərhəddə xidmət edən daha bir əsgəri ölüb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın şimal-şərq sərhəddində, Çəmbərək yaxınlığındakı hərbi hissədə qulluq edən əsgər güllə yarasından, dünyasını dəyişib.
Məlumatda deyilir ki, müddətdən artıq müqavilə ilə işləyə əsgərin ölümü ilə bağlı iki ehtimal səısləndirilir. Birincisi, silahla ehtiyatsız davranmadır. İkincisi isə intihar versiyasıdır.
Qeyd edək ki, Ermənistan 16 noyabrda Azərbaycana qarşı təxribata əl atanda döyüşlər baş vermişdi. Həmin vaxtı erməni tərəfi itkilərinin sayını açıqlaqmamışdırlar. Hazırda da həmin rəqəmi gizlədirlər. Güman edilir ki, sərhəddə ölən əsgərlərini “intihar” və ya “silahdan ehtiyatsız davranış” adıyla sənədləşdirməyə çalışırlar. Buna səbəb itki sayını azaltmaq və cəmiyyətdə narazılığı artırmamaqdır.