
Dünya
Sərhəddə mina partladı
Türkiyə-Ermənistan sərhəddində ərazilərin təmizlənməsi zamanı mina partlayışı baş verib. JAMAZ.İNFO xəbər verir ki, partlayış nəticəsində minatəmizləyənlərdən bir neçəsinin yaralandığı deyilir.
“Karsolay” saytının yazdığına görə, hadisə Qarsın yaxınlığından keçən Arpaçay çayının sahilində baş verib.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən iki ölkə arasında üçüncü ölkə vətəndaşlarının sərbəst keçməsi üçün sərhədlərin açılması nəzərdə tutulur.