Dünya

Səfirliyə hücumu onlar təşkil edib – ABŞ analitiklərindən açıqlama

“Ötən gün Azərbaycanın Tehrandakı səfirliyində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı basqına görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu ittiham edirlər”.
Jamaz.info Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatında deyilir.
Qeyd olunur ki, İran rejiminə etiraz edənlər beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar.
“İranın Ali Milli Təhlükəsizlik Şurası yanında “Nur News” agentliyi bəyan edib ki, hücum Bakı və Tehran arasında münasibətlərə xələl gətirməməlidir”, – deyə institutdan bildirilib.
Qərb analitiklərinin fikrincə, dünən Tehranın əyalət polisinə yeni rəis təyin edilməsi təsadüfi deyil.
“İranın hüquq-mühafizə orqanlarının komandanı, briqada generalı Əhməd Rza Radan Tehran əyaləti polis idarəsinin rəisi Hüseyn Rəhimini Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra vəzifəsindən azad etdi və onun yerinə yeni komandir təyin etdi. Bu vəzifəyə Əlborz vilayətinin komandanı vəzifəsində çalışan briqada generalı Abbas Əli Məhəmmədi gətirildi. Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil. Çünki Əhməd Rza Radan əsas postlara etibarlı zabitlər təyin etməyə çalışırdı”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub. Hücum edən Yasin Hüseynzadə diplomatik nümayəndəliyin mühafizə postuna soxulub və “Kalaşnikov” avtomatı ilə atəş açaraq təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovu öldürüb. Səfirliyin iki mühafizəçisi hücumu dəf edərkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Hücum edən Yasin Hüseynzadə Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button