
Dünya
Rusiyanın qələbəsi faciə olacaq – NATO rəhbəri
Ukrayna münaqişəsi danışıqlar masası arxasında başa çatacaq.
Jamaz.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Onun fikrincə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur.
“Müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək. Lakin bu, döyüş meydanındakı vəziyyətdən asılıdır”, – deyə baş katib vurğulayıb.
Stoltenberq Ukrayna müharibəsində Rusiyanın qələbəsinin faciə olacağını və NATO üçün ciddi təhlükə yaradacağını düşünür.