
Dünya
Rusiyanı müdafiə edən baş nazir Ukraynaya dəvət edildi
Macarıstanın baş naziri Viktor Orban Ukraynaya dəvət olunub.
Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva “Azadlıq” radiosuna müsahibəsində bildirib.
O deyib ki, Kiyev Orbanın Ukraynaya səfər edəcəyinə ümid edir.
Jovkva qeyd edib ki, fevralın 9-da Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində Prezident Volodimir Zelenski Macarıstanın baş naziri ilə görüşüb: “Macarıstanın baş naziri ilk olaraq Ukrayna prezidentinə yaxınlaşıb və onun əlini sıxıb”.(modern)