Dünya

Rusiyada zavodda partlayış: 10 nəfər ölüb, 7 nəfər itkin düşüb

Rusiyada dəhşətli qəza baş verib. JAMAZ.İNFO xəbər verir ki, Ryazan şəhərində yerləşən “Elastik” sintetik zavodunda güclü partlayış baş verib.
Hadisə nəticəsində əvvəl 3 nəfərin öldüyü bildirilsə də, günortaya yaxın ölənlərin sayı 10 nəfərə çatıb. Bundan başqa, hazırda zavorda çalışan 7 nəfərin aqibətindən heç bir xəbər yoxdur. Rəsmi qurumlar bildirir ki, ölüm say arta bilər.
İlkin məlumatlara görə, partlayış barıt sexində baş verib. İşçilərin növbə dəyişimi vaxtına düşən partlayış çoxlu sayda insanın ölümünə gətirib, çıxarıb. Rusiya FHN-i bildirib ki, ilkin araşdırmalardan məlum olan odur ki, partlayış ya texniki nasazlıqdan, ya da işçilərin səhlənkarlığından baş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button