Dünya

Rusiya Xersonu atəşə tutdu

Rusiya qüvvələri səhər saatlarında Ukraynanın Xerson vilayətini atəşə tutub.

Jamaz.info “Ukrinform”a istinadən xəbər verir ki, Xerson vilayət prokurorluğunun məlumatına görə, nəticədə 2 nəfər həyatını itirib.

“Səhər saat 6 radələrində Rusiya qoşunları Xersonu artilleriyadan atəşə tutub. 2 yerli sakin – bir kişi və bir qadın xəsarətlər alıb və həlak olub. Yaşayış binalarına da ziyan dəyib”, – məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button