
Dünya
Rusiya Ukraynanın şəhərini ələ keçirdi – Elan etdi
Rusiya ordusu Ukraynanın Soledar şəhərini ələ keçirib.
Jamaz.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən alınıb.
Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri Soledarın ələ keçirilməsi zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə və bir helikopteri sıradan çıxarıb.