Dünya

Rusiya taxıl sazişi ilə bağlı öhdəliklərini yerinə yetirəcək – Matviyenko

Taxıl müqaviləsinə xitam verildikdən sonra Rusiya öz öhdəliklərini yerinə yetirəcək. Afrika ölkələrinə həm kommersiya, həm də pulsuz əsaslarla taxıl və gübrə tədarük ediləcək.

Jamaz.info xəbər verir ki,  bu barədə parlamentin yaz sessiyasının yekunlarına dair mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

“Rusiya öz öhdəliklərini yerinə yetirəcək, bizim bunun üçün alət və imkanlarımız var”, – Matviyenko Rusiyanın taxıl müqaviləsini ləğv etmək qərarını şərh edərkən deyib.

Qeyd edək ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.

Saziş ötən həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button