
Rusiya ordusu Kiyevin şimalından geri çəkilir: Xersonda 11 kənd işğaldan azad edildi
Son sutka ərzində Ukrayna ordusu rusların 7 hücumunun qarşısını alıb. JAMAZ.İNFO xəbər verir ki, əsas döyüşlər bütün cəbhə boyu davam edib. Onların arasında Xerson, Denetski və Luqanski istiqamətləri daha aktiv döyüşlərə şahidlik edib.
Luqanski və Donetski istiqamətlərində Rusiya ordusuna məxsus 3 tank, 2 zirehli maşın, 2 avtomobil və 2 artilleriya sistemi məhv edilib. Bundan başqa, bir “Orlan” PUA-da vurulub.
Ukrayna Baş Qərargahının yaydığı məlumata görə, Rusiya ordusu hissə-hissə Kiyev vilayətinin şimal hissəsindən çəkilməyə başlayıb. Onlar Belarusiya sərhəddinə doğru hərəkət edirlər.
JAMAZ.İNFO xəbər verir ki, Ukrayna ordusu Xerson vilayətində də bir sıra uğurlara imza atıb. Dünən gecədən başlayan əks-hücumlar nəticəsində sözügedən vilayətin 11 kəndi rus işğalçılarından azad edilib. Həmn kəndlər Novovoronsovka, Malaya Şesternaya, Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorıe, Koçubevka və Orlovadır.

