Dünya

Rusiya Hindistanı hədələdi

Kreml dünyanın ayrı-ayrı dövlətlərinə, o cümlədən Hindistana təzyiq edir və Rusiyanın FATF-ın (çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dünya standartlarını inkişaf etdirən hökumətlərarası təşkilat. – red.) qara siyahısına düşməsinin qarşısını ala bilməsələr, müdafiə və enerji sazişlərini ləğv etməklə hədələyir.
Jamaz.info xəbər verir ki, bu barədə Bloomberg yazır.
Bloomberg xəbər verir ki, Rusiya tərəfi Hindistandakı həmkarlarına “FATF-ın Rusiyaya qarşı yeni tədbirlər görəcəyi təqdirdə müdafiə, enerji və nəqliyyat sektorlarında əməkdaşlıq üçün gözlənilməz və mənfi nəticələr dalğası” barədə xəbərdarlıq edib.
Agentliyin müəyyən etdiyi kimi, Rusiyaya qarşı əlavə tədbirlər görüləcəyi təqdirdə risk altında olacaq Rusiya-Hindistan layihələri arasında:
Rosneft və Nayara Energy Limited arasında əməkdaşlıq,
Rusiya silah və hərbi texnikasının Hindistana ixracı, həmçinin müdafiə sahəsində texniki əməkdaşlıq,
Aero India 2023 sərgisində təqdim olunan yeni birgə aviasiya layihələri üçün Rusiya təklifləri,

Hindistanda atom elektrik stansiyalarında texnoloji və enerji əməkdaşlığı,
Rusiya Dəmir Yolları Logistika şirkəti ilə Hindistan Konteyner Korporasiyası arasında Şimal-Cənub ticarət dəhlizinin inkişafı ilə əlaqədar yükdaşıma xidmətləri haqqında saziş.
FATF daha əvvəl Rusiyanın üzvlüyünü dayandırıb, lakin Ukrayna təşkilatın əlavə məhdudiyyətlər qoymasında israr edir.
Bloomberg-in qeyd etdiyi kimi, Rusiyanın FATF tərəfindən qara siyahısına salınması Putin hökumətini Şimali Koreya, İran və Myanma ilə (hələlik yalnız bu ölkələr belə statusa malikdir) bərabər vəziyyətə salacaq və Rusiya iqtisadiyyatını daha da böyük təcrid vəziyyətinə sürükləyəcək.
Daha 23 ölkə, o cümlədən Albaniya, Türkiyə, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri FATF-ın “boz siyahısına” daxildir. Əgər Rusiya qara və ya boz siyahıya düşərsə, FATF-a üzv dövlətlər, eləcə də banklar, investorlar və ödəniş prosessorları şirkətlərdən gücləndirilmiş lazımi araşdırma aparmalı və ən ciddi hallarda beynəlxalq maliyyə sistemini qorumaq üçün tədbirlər görməlidirlər. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə müəyyən edib ki, boz siyahıya salınma ölkəyə “kapital axınında böyük və statistik əhəmiyyətli azalma” ilə nəticələnir.
Bloomberg Hindistanın Rusiyanın xəbərdarlıqlarına cavab verib-verməməsindən xəbərsizdir. Rusiya və Hindistan hökumətləri nəşrin sorğularına cavab verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button