Qırmızı meydanda liderlərin gəzintisi – Paşinyan söhbətdən kənarda qaldı
Rusiya Prezidenti Vladimir Putin Qələbə Paradını başa vurduqdan sonra xarici qonaqların – bir sıra MDB ölkələrinin rəhbərlərinin müşayiəti ilə Aleksandr bağına – “Əbədi məşəl”ə doğru yola düşüb.
Jamaz.info “MK.ru”ya istinadən xəbər verir ki, Qırmızı Meydanda tədbir iştirakçıları üçün Müqəddəs Georgi lentləri ilə bəzədilmiş elektromobillər hazırlansa da, müzakirələrdən sonra Putin və qonaqları əklil qoymaq üçün Naməlum Əsgərin məzarına piyada gediblər.
Belarus prezidenti Aleksandr Lukaşenkonun izdihamın arasında olmayıb. O, abidənin yanında liderlərə qoşulub.
Həmçinin bayram münasibətilə mötəbər qonaqların əksəriyyətinin sinələrini Müqəddəs Georgi lentləri və dövlət bayraqlarının rənglərində lentlərlə bəzədiyi diqqət çəkib.
Bununla belə, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev heç bir simvolizmdən istifadə etməməyə üstünlük veriblər.
Bir maraqlı məqam isə budur ki, liderlər Qırmızı Meydanda şirin söhbət edə-edə gəzdiyi zaman Paşinyan onlardan arxa sırada görüntülənib. O, “yad adam” təəssüratı bağışlayıb.