Qərbin silahları Ukrayna üçün yararsızdır – ABŞ-dan bəyanat
“Ukrayna prezidenti Zelenski bilir ki, Qərbin verdiyi silahlar Rusiya ilə münaqişədə qoşunlara heç bir şəkildə kömək etməyəcək”.
Jamaz.info xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Scott Ritter həmçinin jurnalist Richard Medhursta bildirib ki, onun son ümidi NATO-nun birbaşa müdaxiləsidir:
“Zelenski bilir ki, artıq gecdir və Qərb silahları döyüş meydanında nəticəni dəyişməyəcək. O, NATO-nun birbaşa müdaxiləsinə ümid edir”.
Ritter eyni zamanda qeyd edib ki, NATO münaqişəyə müdaxilə etsə belə, heç nə edə bilməz.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor Ukrayna Silahlı Qüvvələrinin (APU) dağılmaq ərəfəsində olduğunu bildirmişdi. Ukrayna ordusunda fərarilərin sayı artıb və hakimiyyət lazımi sayda yeni çağırışçıları səfərbər edə bilmir.