
Dünya
Polşa da Ukraynaya tank göndərəcək
Polşa Ukraynaya vəd etdiyi Almaniya istehsalı olan 14 ədəd “Leopard 2” tankından əlavə, 60 tank da göndərəcək.
Jamaz.info xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
“Hazırda biz 30-u “PT-91” olmaqla, 60 modernləşdirilmiş tankımızı da göndərməyə hazırıq”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, “PT-91” Polşa istehsalı olan, 1990-cı illərdə istifadəyə verilmiş döyüş tankıdır.