Pezeşkiana qarşı impiçmet hərəkatı başladı
İran prezidenti Məsud Pezeşkianın BMT-dəki çıxışı ölkə içində birmənalı qarşılanmayıb. JAMAZ.İNFO xəbər verir ki, Tehrandakı siyasi dairələr və ekspertlər onun çıxışını “qeyri-peşəkar” hesab ediblər.
Sağ təmayülün nümayəndələrindən olan Hüseyn Şəriətmədari bildirib ki, Pezeşkian siyasətçi deyil. “Onun çıxışı o qədər yumuşaq idi ki, bunu prezidentə yaraşdırmaq mümkün deyil. Prezident siyasətçi olmalıdır, sözlərində ötəkmlik vacibdir. Lakin biz bunu Pezeşkiandan görmədik”.
Bunun ardından isə seçkilərdə İran prezidentinin rəqibi olan Səid Cəlilinin tərəfdarları da fəallaşmağa başlayıblar. Tribunainfo.az xəbər verir ki, ekstremist qüvvələrin rəhbəri olan Cəlilinin tərəfdarları Pezeşkiana qarşı impiçment tətbiq edilməsi üçün sosial şəbəkələr üzərindən kampaniya başladıblar. Belə ki, onlar sosial şəbəkələrdə “Pezeşkian istefa versin” haştaqı yaradıblar.