Peskov KTMT-dən və Putinə dəstəkdən danışdı
“Rusiya Federasiyası Ermənistanla KTMT mövzusunda dialoqu davam etdirəcək”.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“KTMT müxtəlif situasiyalarda etibarlılıq qazanıb və effektivlik nümayiş etdirib, onun inkişaf potensialı var. Taxıl sövdələşməsi ilə bağlı təmaslar davam edəcək, lakin iki ay qısa müddətdir və bu, “tezliklə tamamlanacaq”. Mironovun Putinin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək təklifi prezidentin yüksək dəstəyini təsdiqləyir. Ruslar arasında Rusiya prezidenti Vladimir Putinə dəstək səviyyəsi davamlı şəkildə yüksək olaraq qalır, çünki insanlar artıq xaricdən gələn yalanlara qarşı immunitet formalaşdırıblar. BMT islahatı ilə bağlı istənilən qərarlar ümumi konsensus əsasında qəbul edilməlidir”, – Peskov iddialarını davam etdirib.