Pentaqon Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzaladı
ABŞ Müdafiə Nazirliyi iki şirkətlə Ukrayna Silahlı Qüvvələrinə 155 millimetrlik mərmi istehsalı üçün 522 milyon dollar dəyərində dövlət müqaviləsi imzalayıb.
Jamaz.info xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Müqavilələlər “Northrop Grumman Systems Corp” və “Global Military Products Inc.” şirkətləri ilə imzalanıb.
Pentaqonun məlumatına görə, qrafikə əsasən, mərmilərin Ukraynaya çatdırılmasına bu ilin martında başlanmalıdır. Qərar ABŞ və digər tərəfdaşlar tərəfindən Ukraynaya göndərilən sursat ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı narahatlıq fonunda verilib.
Ukrayna artilleriyası üçün sursat çatışmazlığı mövzusu Ukraynanın tərəfdaşlarının Ramşteyn formatında Brüsseldə keçirilən görüşündə müzakirə olunub. Bundan öncə isə ABŞ bir neçə həftə əvvəl öz obyektlərində Ukrayna Silahlı Qüvvələri üçün mərmi istehsalına başlamaq niyyətini açıqlayıb.
Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, Fransa və Avstraliya da Ukrayna ordusu üçün 155 mm-lik mərmi istehsalını birgə artırmaq barədə razılığa gəliblər.