Dünya
Özbəkistan növbədənkənar prezident seçkilərinə gedir
Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Jamaz.info xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev danışıb.
O, dəqiq tarixi açıqlamayıb.
Bu, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı konstitusiyaya dəyişiklik edildikdən sonra ilk prezident seçkiləri olacaq.
Konstitusiya qanununa görə, ikinci müddətə vəzifədə olan hazırkı prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.
Qeyd edək ki, referendumla konstitusiyaya edilən dəyişikliklərlə yanaşı, Özbəkistanda seçki məcəlləsinə də dəyişikliklər edilib.