
Dünya
Ohanyana qarşı yeni ittiham elan olundu
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham elan olunub.
Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
O, külli miqdarda dövlətə məxsus vəsaitin ələ keçirilməsində günahlandırılır. Bundan əvvəl parlament Ohanyanın toxunulmazlıq hüququnun ləğvi barədə qərar çıxarmışdı.
Qeyd edək ki, eks-nazir hazırda parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəridir.(modern)