Dünya

Nikol Paşinyan: “Biz regionda dinc inkişaf erası açmaq əzmindəyik”

“Mən Hollandiyanın baş nazirinə Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərinə, Ermənistan hökumətinin qəbul etdiyi sülh gündəliyinə aydın dəstəyinizə görə təşəkkür etməliyəm. Deməliyəm ki, bəli, biz xalqımızdan ötən il keçirilən növbədənkənar parlament seçkilərində sülh gündəmini qəbul etmək və həyata keçirmək üçün mandat almışıq. Sevinclə deməliyəm ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən qeyd-şərtsiz azad və demokratik prinsiplərə uyğun olaraq qiymətləndirilib”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hollandiyanın baş naziri Mark Rutte ilə görüşündə deyib.

Paşinyan bildirib ki, təmsil etdiyi hökumət bu gündəliyi tam şəkildə həyata keçirmək əzmindədir. “Biz ölkəmiz və regionumuz üçün dinc inkişaf erası açmaq əzmindəyik. Ermənistan-Türkiyə münasibətlərində, Ermənistan-Azərbaycan münasibətlərində baş verən prosesləri də müzakirə etdik. Və məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əslində, biz bildiririk ki, bu proses dünya birliyi ilə həyata keçirilməlidir”.

O qeyd edib ki, sülh danışıqları beynəlxalq ictimaiyyətin dəstəyi olmadan mümkün deyil.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button