Dünya

Müharibənin ildönümündə Rusiyaya qarşı yeni sanksiya tətbiq olunacaq

Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibənin başlanmasının ildönümündə – fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edək.

Jamaz.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə səfəri zamanı danışıb.

“Biz və G7-dəki tərəfdaşlarımız Rusiyanın neft məhsullarına qiymət həddi tətbiq edəcəyik və işğalın başlanmasından düz bir il sonra – fevralın 24-dək biz 10-cu sanksiyalar paketini qüvvəyə mindirməyi hədəfləyirik”, – fon der Leyen deyib.Avropa Şurasının rəhbəri Şarl Mişel yanvar ayında bildirmişdi ki, Aİ Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsinə davam edir.

Avropa Parlamenti bu gün, fevralın 2-də “Lukoyl” və “Rosatom”un Aİ-dən çıxarılmasını və Rusiyadan uran idxalının dayandırılmasını tələb edən qətnamə qəbul edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button