Dünya

Müharibəni yalnız Putin dayandıra bilər – NATO rəhbəri

Ukrayna özünümüdafiə hüququna malik olduğu üçün Rusiya Federasiyasının ərazisinə hücum edə bilər.

Jamaz.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz müharibənin əvvəlində olduğu kimi eyni mövqedəyik – Ukraynanın özünü müdafiə etmək hüququ var. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub. Hazırda nə baş verdiyi ilə bağlı heç kəsin şübhəsi yoxdur. Prezident Putin və rəsmi Moskva Ukraynaya qarşı aqressiv müharibə aparır. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl  keçirdiyi brifinqdə deyib.

Baş katib xatırladıb ki, müharibəni Putin başladıb və savaşa yalnız o, son qoya bilər:

“Bu, sülh və sabitliyin yaradılması və müharibənin daha da genişlənməsinin qarşısını almağın yoludur. Biz Ukraynanı dəstəkləyirik. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, biz Ukraynanın tərəfində olacağıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button