Dünya

Moskva yanır, hava limanları bağlanıb, Kiyevdə 38 dron vurulub

Ukrayna ordusu Moskvaya xeyli sayda PUA göndərərək, ruslara problem yaratmaqda davam edir. JAMAZ.İNFO xəbər verir ki, dünən axşam saatlarından etibarən kamikadze-dronlar Rusiyanın paytaxtında bir neçə hündür mərtəbəli inzibati binaya çırpılıb.

Bundan başqa, Moskvadakı iri hava limanları üzərindən uçuşlar etməklə, onların bağlanmasına səbəb olublar.

“Ukrinforum”un məlumatında deyilir ki, Moskvada bir neçə binada yanğın çıxarmaqla yanaşı, ərazidəki hərbi obyektlərə də zərbə endirilib.

Lakin dünən gecə ruslar da sakit oturmayıblar. Tribunainfo.az xəbər verir ki, Rusiya ordusu Krasnohorivka və Uqledar yaxınlığında irəliləyiblər. Bundan başqa, ruslar Kiyevə PUA hücumları təşkil ediblər. Ukrayna Havadan Müdafiə Qüvvələri isə göndərilən 38 PUA-nın hamısını zərərsizləşdiriblər.

DeepState isə yazır ki, ruslar Uqledar istiqamətində Ukrayna hərbi qüvvələrini mühasirəyə salmağa çalışır. Bu məqsədlə rusların bir sıra addımlar atmaq istədikləri müşahidə olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button