
Dünya
Meksikada güclü zəlzələ baş verdi
Meksikanın Oaxaka ştatında 5,7 bal gücündə zəlzələ baş verib.
Jamaz.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 22:40-da baş verən zəlzələnin dərinliyi 9,4 kilometr olub.
Zəlzələ ətraf ölkələrdə də hiss olunub.
Dağıntı və insan itkisi barədə məlumat yoxdur.