Dünya
Məşhur partiya sədri siyasətdən gedir
Fransada yaşayan türk iş adamı və Gənc Partiyasının qurucusu Cem Uzan aktiv siyasəti tərk edir.
Jamaz.info xəbər verir ki, bu barədə onun özü məlumat verib.
Cem Uzanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi sözlər diqqət çəkib.
“Daha bir 5 il cənab Ərdoğan Türkiyənin prezidenti olacaq. AKP iqtidarda olacaq. Türkiyənin həmrəy olaraq, cənab prezidenti bütün məsələlərdə dəstəklənməsi lazımdır. Türkiyəyə dəstək lazımdır”, – o qeyd edib.