Dünya
Məktəbə hücum olundu – 41 nəfər öldü
Demokratik Alyans Qüvvələrinin (ADF) Uqandanın qərbində məktəbə hücumu nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Jamaz.info xəbər verir ki, Mpondwe-Lhubiriha Bələdiyyə Başçısı Selevest Mapoze hücumda həyatını itirənlərin sayının 38-i tələbə olmaqla 41 nəfərə çatdığını açıqlayıb.
Mapoze qeyd edib ki, məktəbin yataqxanası yandırılarkən bəzi tələbələr ölüb, bəziləri isə güllələnib və ya başqa üsullarla məhv edilib.
Hücum edənlər tərəfindən bəzi adamların əsir götürüldüyü də məlum olub. Uqanda ordusunun Konqo Demokratik Respublikasındakı Virunqa Milli Parkına doğru qaçan təcavüzkarların tutulması və əsir götürülənlərin xilas edilməsi üçün başlatdığı əməliyyat davam edir.