Kreml Priqojini vətən xaini elan etməyə hazırlaşır
Kreml “Vaqner” özəl hərbi təşkilatının yaradıcısı Yevgeni Priqojini vətən xaini elan etməyə hazırlaşır. Lakin bu, çox güman ki, tezliklə baş verməyəcək. JAMAZ.İNFO xəbər verir ki, bunu “Washington Post”a Müharibənin Tədqiqi İnstitutu (ISW) Priqojinin son açıqlamalarını şərh edərkən qeyd edib.
“Kreml mənbələri bildiriblər ki, Rusiya prezidentinin administrasiyası Priqojini ictimai gözdən salmaq üçün informasiya əməliyyatı hazırlayır, lakin qeyd edib ki, Vaqnerin qüvvələri cəbhə xəttində olduğu müddətdə Kremlin onu təhdid etmək ehtimalı azdır”-deyə İnstitutdan bildiriblər.
Qeyd edilir ki, Priqojin Donbassda “Vaqner”in əməliyyatlarına rəhbərlik edir və onun çıxarılması rusların Baxmutdakı mövqelərini pozacaq, ona görə də Rusiya prezidenti Vladimir Putin çətin ki, belə bir riskə getsin.
Onların fikrincə, Kreml Priqojinə qarşı tədbir görməzdən əvvəl ilk növbədə “Vaqneri” onun tabeliyindən və nəzarətindən çıxarmağa çalışmalıdır.