Dünya
“Kökünü Qurutma Əməliyyatı”: 524 nəfər saxlanıldı
Türkiyədə narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu kontekstdə “Kökünü Qurutma Əməliyyatı”nın növbəti mərhələsi keçirilib.
Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O bildirilib ki, budəfəki əməliyyat ölkənin 52 vilayətində gerçəkləşdirilib: “Əməliyyat çərçivəsində 588 şübhəli şəxsdən 524-ü saxlanılıb”.
Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qətiyyətlə vurğulanıb.