Dünya
Kılıçdaroğlunun ittifaqı dağıldı
Türkiyədə prezident seçkilərində Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyən “Millət İttifaqı”na daxil olan partiyalar yollarını ayırıb.
Jamaz.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İYİ Partiyasının baş katibi Uğur Poyraz bildirib.
O canlı yayım zamanı mayın 28-dən etibarən “Altılı masa”nın dağıldığını açıqlayıb:
“Bu ittifaqın adı seçki ittifaqıdır. Seçki bitəndə ittifaq vəziyyəti aradan qalxır. Yəni, seçki bitdi, ittifaq tamamlandı”.