
Dünya
Kılıçdaroğlu CHP sədrliyindən gedir
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu partiya liderliyindən istefa verəcəyini deyib.
Jamaz.info xəbər verir ki, bu barədə o, partiya deputatlarının fraksiya iclasında məlumat verib.
“Bu gün sədr kürsüsü ilə vidalaşmaq üçün buradayam. Vidalaşmaq asan deyil”, – o deyib.
Kılıçdaroğlu prezident seçkilərində partiyasız iştirak edəcək. Qeyd edək ki, Kılıçdaroğlu Türkiyənin 6 siyasi partiyasını özündə birləşdirən “Millət ittifaqı”nın vahid namizədi seçilib.