
Dünya
İsrail HƏMAS-ın obyektlərini bombaladı
İsrail ordusu Qəzza zolağına hava zərbələri endirib.
Jamaz.info TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun tviter hesabında bildirilib.
Bildirilir ki, aviazərbələr HƏMAS-ın silah istehsalı obyektlərinə, raket istehsalı üçün istifadə olunan kimyəvi xammalın istehsalı və saxlanılması, həmçinin Qəzza zolağının mərkəzində yerləşən silah istehsalı müəssisələrinə endirilib.