Dünya
İranla Ermənistan arasında enerji sazişinin müddəti uzadıldı
İrəvan və Tehran elektrik enerjisi müqabilində qaz sazişini həcmləri artırmaqla 2030-cu ilə qədər uzadıb.
Jamaz.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Sənədi “Yerevan TES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çegeni imzalayıblar.
Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb:
“Çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır”.