İranla diplomatik əlaqələri hər an kəsə bilərik
İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər.
Jamaz.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O bildirib ki, bu, Tehranın gələcək davranışlarından asılı olacaq:
“Mən prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.
XİN başçısı vurğulayıb ki, İran artıq “qırmızı xətlər”i keçib:
“Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.
Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır:
“Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.
Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.