Dünya
İranın vitse-prezidenti istefa verdi
İranın vitse-prezidenti Məsud Mirkazemi istefa verib.
Jamaz.info xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi məlumat yayıb.
O bildirib ki, Mirkazemi səhhətində yaranan problemlərə görə vəzifəsindən ayrılmaq barədə qərar qəbul edib.
İran Prezidenti İbrahim Rəisi bildirib ki, Mirkazeminin işdən çıxmasının problem kimi dəyərləndirilməsi düzgün deyil.