Dünya
İranın hərbi obyektlərinə hücumlar olub: SEPAH-ın qərargahı vurulub
Artıq iki gündür İranın hərbi bazaları və SEPAH-ın qərargahlarına dron hücumları ara vermir. JAMAZ.İNFO xəbər verir ki, dünən gecə İranın Mahabad və Banə şəhərlərində də analoji hadisələr qeydə alınıb.
Belə ki, hər iki şəhərdə İranın əsas hərbi qruplaşması olan SEPAH-ın bir neçə binası partladılıb.
Hadisədən dərhal sonra İran Hərbi Hava Qüvvələri havaya qırıcıları qaldırıb. Lakin onların dronları müəyyən edib, etmədiyi barədə məlumat verməyib.
Bildirək ki, yanvarın 28-də İsfahandakı PUA zavoduna dron hücumu olub. İran tərəfi zavoda ciddi ziyan dəymədiyini və iki PUA-nı vuraraq, yerə saldıqlarını açıqlayıb. Bundan başqa, Səlim qəsəbəsindəki mühərrik yağı fabriki, Dizfuldakı avibazaya da raket zərbəsi endirildiyi bildirilir.