İrəvan-Tehran münasibətlərində gərginlik: İrəvanda 1 iranlı öldürülüb, ikisi isə yaralanıb
Ermənistanla İran arasında münasibətlər gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb İrəvanda bəzi hadisələrin baş verməsi və Qərblə yaxınşalma məsələsidir.
Qeyd edək ki, Ermənistan uzun zamandır Qərb vektoru ilə yaxınlıq içindədir. Qərblə aparılan danışıqlar təkcə Rusiyanın deyil, eləcə də İranın maraqlarına cavab vermir. ABŞ hərbçiləri ilə birgə təlimlərin keçirilməsi isə bardağın daşmasına səbəb olub.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani son açıqlamasında deyib ki, əməkdaşlıq məsələsi İrəvanın bundan sonrakı addımlarına bağlıdır. O həmçinin qeyd edib ki, İran kənar qüvvələrin regiona gəlməsində maraqlı deyil və bunu özü üçün təhdid hesab edir.
Amma İranla Ermənistanın arasını pisləşdirən bir başqa hadisələr də cərəyan edir. Tribunainfo.az xəbər verir ki, son zamanlar Ermənistana səfər edən iranlılara qarşı aqressiya pik həddə çatıb. Elə bu səbəbdəndir ki, son iki həftə ərzində Ermənistanda bir İran vətəndaşı qətlə yetirlib. Digəri isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Bundan başqa, bir neçə gün əvvəl İran vətəndaşı olan qadın İrəvan bazarında vəhşicəsinə döyülüb. Onun da vəziyyətinin ağır olduğu bildirilir və xəstəxanaya yerləşdirilib.
Bildirək ki, ermənilər tərəfindən öldürülən və döyülən hər üç İran vətəndaşı etnik azərbaycanlılardır. Onlardan biri TIR sürücüsü, digər ikisi isə turst olublar. Baş verən aqressiyanın səbəbi isə hər üç şəxsin Ermənistan ərazisində özlərini türk kimi təqdim etmələri və azərbaycanca danışmaları olub.
İran XİN-i bununla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib və problemin qarşısının alınması üçün tədbir görülməsini tələb edib.